SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir keçirilib-FOTO

Naxçıvanda sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir keçirilib-FOTO
27-02-2020, 16:39

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkşafı Dövlət Proqramı”nın icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublika üzrə, ümumilikdə 22 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 15 nəfərə yanında balası olan iribuynuzlu, 5 nəfərə yanında balası olan xırdabuynuzlu mal-qara, 1 nəfərə inkubator və tük təmizləyici aparat, 1 nəfərə isə dərzi avanlıqları verilib.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edənlər Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Şərur rayon Məşğulluq Mərkəzinin direktoru Samir Qasımov proqramın icrası istiqamətində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər.
Daha sonra aktivlər verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Tədbirdə iştirak edən vətəndaşlardan Zeynəb Abdullayeva, Zəfər Qeybullayev göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

Naxçıvanda sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir keçirilib-FOTO
Naxçıvanda sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir keçirilib-FOTO
Naxçıvanda sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031