SON DƏQİQƏ

naxcivanxeberleri.com

Müəllimlərin işə qəbulu başlayır

Müəllimlərin işə qəbulu başlayır
27-02-2020, 14:50

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsinə start verilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər 2-6 mart tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.

Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə musiqi və təsviri incəsənət fənləri üzrə 30, digər fənlər üzrə 36 bal müəyyən edilib.

Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdiriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031