SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təhsil Nazirliyi 2 266 tələbənin köçürülməsinə müsbət cavab verib

Təhsil Nazirliyi 2 266 tələbənin köçürülməsinə müsbət cavab verib
27-02-2020, 12:12

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Təhsil Nazirliyindən bildirilib ki, Transfer.edu.az portalı vasitəsilə köçürülmək üçün ümumilikdə 3 083 nəfər müraciət edib.

Onlardan 2 266 nəfərin müraciəti müsbət cavablandırılıb.

Ali təhsil müəssisələrindən köçürülmək üçün müraciət edən 2 668 nəfərdən 1 915 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən tələbələrdən 1 858-ni bakalavriatura, 17-ni magistratura səviyyəsi üzrə, 40-nı isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

Orta ixtisas təhsili müəssisələrindən köçürülmək üçün müraciət edən 415 nəfərdən 351 nəfərin müraciəti müsbət cavablandırılıb.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə indiyədək ümumilikdə, 8 mindən çox tələbənin köçürülməsi həyata keçirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031