SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır
27-02-2020, 14:30

Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işlərinin aparılmasına başlanılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hazırda ekspedisiya üzvləri tərəfindən qarölçmə işləri Balakən-Zaqatala, Qax-Şəki, Oğuz-Qəbələ, Quba-Qusar, Daşkəsən-Gədəbəy-Göygöl istiqamətlərində 23 marşrut üzrə 4 qrup tərəfindən həyata keçirilir, qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu təyin olunur.

Qeyd edək ki, qar suları yaz-yay gursululuq dövründə respublikanın əksər çaylarının həm səth, həm də yeraltı qida mənbələrini formalaşdırır.

Buna görə respublikanın Şəmkir, Mingəçevir, Araz və s. su anbarlarında gözlənilən sululuğa uyğun tənzimləmə işlərinin aparılması üçün gursululuq axımı proqnozu tərtib edilir.

Bu növ proqnozlar müvafiq təşkilatlar tərəfindən sudan istifadənin düzgün planlaşdırılması məqsədilə digər çaylar üçün də tərtib edilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031