SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA-nın Naxçıvan Bölməsində yeni kitab çap olunub

AMEA-nın Naxçıvan Bölməsində yeni kitab çap olunub
27-02-2020, 10:00

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Folklorşünaslıq şöbəsinin 2003-2019-cu illər üzrə elmi nəticələrinin biblioqrafik göstəriciləri” kitabı işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,nəşrin tərtibçisi və “Ön söz”ün müəllifi şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovdur.
Kitabda 2003-cu ildən Folklorşünaslıq şöbəsində fəaliyyət göstərmiş əməkdaşların bu günədək nəşr olunan elmi əsərləri, monoqrafiyaları, xaricdə və ölkənin nüfuzlu elmi jurnallarında dərc olunmuş məqalələri, bədii, publisistik nəşrləri, tərtib etdikləri vəsaitlər, eyni zamanda internet resurslarında dərc olunan yazıları, çap olunan antologiyaları illər üzrə geniş və əhatəli şəkildə işıqlandırılıb.
Bibiloqrafiyanın ən mühüm məziyyətlərindən bir dünyasını dəyişmiş və işdən ayrılan əməkdaşlarla bağlı məlumatların əksini tapmasıdır. Burada folklorşünas alimlərdən Məhərrəm Cəfərli, Rafiq Babayev, Yusif Səfərov, Aynur Cəlilova, Məhsəti İsmayıl və digərlərinin fəaliyyətləri də yer alıb. Məlumat üçün deyək ki, qeyd olunan illər ərzində şöbədə 20-yə yaxın əməkdaş fəaliyyət göstərib. Çalışdıqları müddətdə onların 58 kitab, monoqrafiya, antologiya, bədii əsər, həmçinin 700-dən çox məqalə, konfrans materialı, tezis, müxtəlif jurnallarda məqalələri çap olunub.
Vəsait folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirməklə yanaşı, bu sahənin gələcək inkişaf perspektivlərini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930