SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz şəhər İcra Nümayəndəliyində maarifləndirici tədbir keçirilib-FOTO

Şahbuz şəhər İcra Nümayəndəliyində maarifləndirici tədbir keçirilib-FOTO
4-02-2019, 18:15

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Şahbuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz şəhər İcra Nümayəndəliyində bələdiyyələrin və kənd icra nümayəndələrin iştirakı ilə qış mövsümü dövründə rayonun qəsəbə və kənd yaşayış məntəqələrində təbii qaz və elektrik enerjisindən istifadə zamanı texniki və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması üçün görülən tədbirlər mövzusunda maarifləndirici tədbir keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbiri giriş sözü ilə Şahbuz rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdir müavini Məhəmməd Bayramov açaraq keçirilən tədbirin vacib olduğunu qeyd edərək, günün ən aktual məsələlərindən biri olan mülkiyyətlərin yanğınlardan qorunması sahəsində görüləcək tədbirlərin zəruriliyini vurğulanıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi daxili xidmət mayoru Mirtaleh Seyidov çıxış edərək iştirakçılara qış mövsümü dövründə yaşayış evlərində məişət qaz cihazlarından, sobalarından və suqızdırıcılarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, dəm qazından zəhərlənmə hallarının səbəbləri haqqında ətraflı məlumat verərək onun qarşısının alınması üçün əhəmiyyətli tövsiyələr verib.
Sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin yanğından mühafizə xidməti işinin təşkili üzrə baş zabiti daxili xidmət mayoru Hasil Məmmədov çıxış edərək yaşayış evlərində və mənzillərində elektrik cihazlarının istismarı zamanı yanğın hadisələrinin baş vermə səbəbləri və onun qarşısının alınması üçün görüləcək tədbirlər haqqında məlumat vermişdir. Sonda isə səhiyyə müəssisəsində mövcudluğu zəruri olan ilkin yanğınsöndürmə vasitələrinin istifadəsi və istismarı haqqında ətraflı məlumatlar verərək əyani olaraq göstərilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin dövlət yanğın nəzarəti bölməsinin rəisi daxili xidmət mayoru Adəm Kərimov rayon ərazisində qış mövsümü dövründə vətəndaşlar tərəfindən qaz və elektrik cihazlarından düzgün istifadə edilməsi və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması məqsədi ilə kəndlərdə keçirilən reydlər zamanı vətəndaşların maarifləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi polis kapitanı Bəhlul Hüseynov qış mövsümü dövründə rayonun polis şöbəsinin və Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin əməkdaşları ilə birgə rayonun yaşayış məntəqələrində qaz və elektrik təsərrüfatından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması məqsədi ilə görülmüş tədbirlər həmçinin təbii qaz və elektrik enerjisindən qeyri qanununi istifadə hallarına yol verilməməsi məqsədilə ətraflı məlumatlar verib.
Şahbuz rayon Qaz İstismar İdarəsinin Satış Şöbəsinin müdiri Samiddin Şükürov çıxışında rayon ərazisində təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması bağlı vətəndaşların maarifləndirilməsi sahəsində məlumatlar verib.
Tədbirdə iştirakçılar tərəfindən verilən suallara aydınlıq gətirilərək cavablandırılmış və iştirakçılara qaz cihazlarından istifadə və yanğın təhlükəsizliyi qaydaları haqqında slayd və videoçarx təqdim olunub.
Tədbirə Şahbuz rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdir müavini Məhəmməd Bayramov yekun vuraraq qış mövsümü dövründə rayonun qəsəbə və kənd yaşayış məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına əməl olunması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə tədbir iştirakçılarına tapşırıq və tövsiyələrini verib.
Şahbuz şəhər İcra Nümayəndəliyində maarifləndirici tədbir keçirilib-FOTOŞahbuz şəhər İcra Nümayəndəliyində maarifləndirici tədbir keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031