SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilib

Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilib
25-02-2020, 21:11

Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə əvvəlcə 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fövqəladə hallar nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Zamiq Məmmədov tədbirdə çıxış edərək bildirib ki, bəşər tarixinin ən amansız və qanlı hadisələrindən sayılan Xocalı soyqırımından 28 il ötür. Tarixin bütün dövrlərində xalqımıza qarşı xəyanətkar mövqedə duran, fürsət düşən kimi öz məkrli niyyətlərini həyata keçirən ermənilər XX əsrin sonlarında – Sovetlər Birliyi adlandırılan nəhəng imperiya süquta uğrayan zamanda öz mənfur simalarını bir daha büruzə verdilər.
Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları imperiya qoşunlarının Xankəndidəki 366-cı motoatıcı alayının köməyi ilə gözlənilmədən hücuma keçib, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən sayılan Xocalını yerlə-yeksan ediblər. İnsanlığa sığmayan bu amansız soyqırımı hadisəsi, ağır cinayət aktı nəticəsində 613 nəfər günahsız soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib, əliyalın, köməksiz insanlar ağır yaralanıb, itkin düşüblər.
Sonra Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin rəisi daxili xidmətmayoru Şıxəli Əliyev ermənilərin Xocalıda törətdikləri vəhşiliklər, qətliamlar xalqımıza qarşı əvvəlcədən planlaşdırılmış soyqırımı siyasəti olmaqla yanaşı, həm də bütün bəşəriyyətə, insanlığa yönəldilmiş ağır cinayətdir. Vurğulanıb ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalıda törədilən cinayətlər barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. 1997-ci il fevral ayının 25-də isə ulu öndərimiz Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Bu gün dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülür. Ölkə başçısının 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınıb.
Sonda Xocalı faciəsi ilə bağlı videomateriala baxış olub.

Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilibŞərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930