SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində “Böyüməyən uşaqlar” filmi nümayiş olunub-FOTO

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində “Böyüməyən uşaqlar” filmi nümayiş olunub-FOTO
25-02-2020, 19:36

25 fevral 2020-ci il tarixdə Naxçıvan şəhərindəki Gənclik Mərkəzində gənclərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə Xocalıda hər iki valideynini itirmiş 25 uşaq haqqında çəkilən “Böyüməyən uşaqlar” filmi nümayiş olunmuşdur.
NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, filmdə Xocalıda törədilmiş soyqırım haqqında geniş məlumat verilir. Eyni zamanda Xocalı faciəsinin canlı şahidi, soyqırım zamanı bütün ailə üzvlərini itirmiş Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri danışılır. Əvvəlcə Xocalı haqqında, faciənin baş vermə səbəbləri haqqında məlumatlarlar verilir. Həmçinin, soyqırımda ən çox əziyyət çəkənlərdən biri Mehdi Əliyevin müsahibəsi və son olaraq Xocalıya ədalət mesajı çatdırılır. Film bitdikdən sonra istedadlı gənclər tərəfindən Xocalı qurbanlarına həsr olunmuş tamaşa da nümayiş olunmuşdur.
Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə nümayiş olunan filmə 410 nəfər gənc baxmışdır.


Naxçıvan şəhərindəki Gənclik Mərkəzində “Böyüməyən uşaqlar” filmi nümayiş olunub-FOTONaxçıvan şəhərindəki Gənclik Mərkəzində “Böyüməyən uşaqlar” filmi nümayiş olunub-FOTO
Naxçıvan şəhərindəki Gənclik Mərkəzində “Böyüməyən uşaqlar” filmi nümayiş olunub-FOTO
Naxçıvan şəhərindəki Gənclik Mərkəzində “Böyüməyən uşaqlar” filmi nümayiş olunub-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930