SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayonunda sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirilib

Şərur rayonunda    sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə növbəti tədbir  keçirilib
4-02-2019, 16:30 205 dəfə baxılıb

Özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir .
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 164 aztəminatlı ailənin özünüməşğulluğunun təmin edilməsi üçün müvafiq köməklik göstərilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə növbəti tədbir fevral ayının 3-də Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə Şərur və Kəngərli rayonlarından olan sakinlərlə görüş keçirilib. Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı müvafiq məlumatlar verilib və bu mövzularda onları maraqlandıran suallar cavablandırılıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış maarifləndirici bukletlər tədbir iştirakçılarına təqdim olunub. Həmçinin, fərdi ailə təsərrüflarını nümunəvi inkişaf etdirdiyinə görə bir qrup şəxs Nazirlik tərəfindən diplomlarla mükafatlandırılıb.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək, bu mövzuda növbəti tədbir fevral ayının 11-də Ordubad rayonunda təşkil olunacaqdır.

 Şərur rayonunda    sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə növbəti tədbir  keçirilib Şərur rayonunda    sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə növbəti tədbir  keçirilib
 Şərur rayonunda    sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə növbəti tədbir  keçirilib
 Şərur rayonunda    sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə növbəti tədbir  keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728