SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Bir əsər-Bir həyat” adlı xeyriyyə sərgi-satışı təşkil edilib-FOTO

Naxçıvanda “Bir əsər-Bir həyat” adlı xeyriyyə sərgi-satışı təşkil edilib-FOTO
25-02-2020, 15:44

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Bir əsər-Bir həyat”adlı xeyriyyə sərgi-satışı təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva qeyd edib ki, insan oğlu doğulandan bəri, xəstəliklərdən sığortalanmayıb. Müəyyən vaxt kəsiklərində bizlər hər hansı xəstəlikdən əziyyət çəkə bilirik. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda səhiyyənin inkişafına diqqət və qayğı göstərilir. Tibdə ən çətin xəstəliklərin müalicə yolları tapılıb. Biz ağır xəstəlikdən əziyyət çəkən azyaşlının da mütləq şəfa tapacağına inanırıq.
Bildirilib ki, sərgi-satışda naxçıvanlı rəssamların aplikasiya, viraj tipli əl işlərindən, daş üzərində oyma, toxuma, tikmə və digər sənət növlərində hazırlanmış əsərlərdən ibarət 32 nəfərin 44 əl işi nümayiş etdirilir. Ülviyyə Həmzəyeva tədbirdə iştirak edən və öz dəstəyini göstərən təşkilatlara minnətdarlıq edib.
Qeyd edək ki, sərgidə professional rəssamların rəngkarlıq,sulu boya və taxta üzərində yandırma texniklarda əsərlər təqdim olunmuşdur. Sərgi-satışdan əldə olunan vəsait beyin şişindən əziyyət çəkən Babək rayon Payız kənd sakini, 10 yaşlı Təranə Allahverdiyevanın müalicəsinə sərf olunacaq.

Güntac ŞAHMƏMMƏDLİ

Naxçıvanda “Bir əsər-Bir həyat” adlı xeyriyyə sərgi-satışı təşkil edilib-FOTONaxçıvanda “Bir əsər-Bir həyat” adlı xeyriyyə sərgi-satışı təşkil edilib-FOTO
Naxçıvanda “Bir əsər-Bir həyat” adlı xeyriyyə sərgi-satışı təşkil edilib-FOTO
Naxçıvanda “Bir əsər-Bir həyat” adlı xeyriyyə sərgi-satışı təşkil edilib-FOTO
Naxçıvanda “Bir əsər-Bir həyat” adlı xeyriyyə sərgi-satışı təşkil edilib-FOTO
Naxçıvanda “Bir əsər-Bir həyat” adlı xeyriyyə sərgi-satışı təşkil edilib-FOTO
Naxçıvanda “Bir əsər-Bir həyat” adlı xeyriyyə sərgi-satışı təşkil edilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031