SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyəli alpinistlər Haçadağa yürüş ediblər

Türkiyəli alpinistlər Haçadağa yürüş ediblər
25-02-2020, 10:10

Fevralın 22-də Türkiyə Cümhuriyyətinin “Araz Təbiət İdman və Mədəniyyət Klubu” rəhbərliyi və üzvlərindən ibarət 37 nəfərlik alpinist qrupu Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Naxçıvana gəlib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, fevral ayının 23-də Xocalı faciəsi qurbanlarının anım günü ilə əlaqədar onların Culfa rayonunun ərazisindəki hündürlüyü 2 min 415 metr olan Haçadağa yürüşü təşkil edilib. Yürüş Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə həyata keçirilib. Həmin federasiyasının idmançıları da yürüşə qatılıblar. Yarışa Culfa rayonunun Gal kəndindən başlanılıb.

Dağın zirvəsinə çatan yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib, posterlər açıb, sonra iki ölkənin dövlət bayraqlarını dalğalandırıblar. Yürüşdən sonra Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Mais Əliyev və iştirakçılar arasında görüş keçirilib. Görüş zamanı qrup rəhbərlərinə federasiyanın plaketləri verilib.

Ceyhun MƏMMƏDOV

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930