SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda məktəblərdə koronavirusla bağlı müvafiq tapşırıqların icrasına başlanılıb

Azərbaycanda məktəblərdə koronavirusla bağlı müvafiq tapşırıqların icrasına başlanılıb
25-02-2020, 09:45

Orta məktəblərdə koronavirusla bağlı müvafiq tapşırıqların icrasına artıq başlanılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqların icrasına dair əmr verib.

Əmrdə bildirilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumtəhsil müəssisələrindən sanitar epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan ümumtəhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb.

Qeyd olunan vəziyyət nəzərə alınaraq, ümumtəhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi, şagirdlər arasımda respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi, tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması, ümumi təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması, ümumi təhsil müəssisələrində aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması, ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması kimi tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsi tapşırılıb.

C.Valehov əlavə edib ki, məktəblərdə dezinfeksiya işlərinin icrasına ötən həftədən başlanılıb.

Nazirlik rəsmisi qeyd edib ki, ümumilikdə məktəblərdə koronavirusla bağlı aparılan işlər tədrisin təşkilinə mane yaratmır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930