SON DƏQİQƏ

naxcivanxeberleri.com

NAXÇIVAN:düzgün seçilmiş yolun uğurları

NAXÇIVAN:düzgün seçilmiş yolun uğurları
25-02-2020, 10:00

Yaradılmasının 96 ili tamam olan doğma muxtar respublikamız bu gün özünün intibah və çiçəklənmə dövrünü yaşayır. Möhtəşəm şəkildə yenidən qurulan, gözəlləşən, gözlərimizin önündə günü-gündən dəyişən qədim Naxçıvan Şərqdə yeni doğulmuş Günəş timsalındadır. O Günəşin şəfəqləri hər bir naxçıvanlının yoluna işıq salır, hər birimizi qurmağa, yaratmağa sövq edir, nail olduğumuz inkişafa öz töhfəmizi verməyə ruhlandırır. Bu yolla böyük inam və qətiyyətlə addımlayan diyarımızda inkişafın təməli böyük öndər Heydər Əliyevlə başlayıb. O yol bütün naxçıvanlıları xoşbəxtliyə, işıqlı sabahlara qovuşdurub. Burada böyük rus yazıçısı L.Tolstoyun sözlərini xatırlayıram: “Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır”. Məhz biz naxçıvanlılar da XX əsrin son qərinəsində öz xoşbəxtliyimizi, nicatımızı Heydər Əliyevlə tapacağımıza inandıq, ona güvəndik və bu günümüz üçün dahi şəxsiyyətə borcluyuq. Borcluyuq ki, bu gündən sabaha inamı sönmüş Naxçıvan dahi rəhbərin uzaqgörən siyasəti, idarəetmə bacarığı, şəxsi nüfuzu ilə yurdumuzu labüd bəlalardan, bizi isə həmin bəlaların caynağından qurtardı. Borcluyuq ki, bizə yeni Naxçıvan qurdu. Borcluyuq ki, onun qurduğu Naxçıvan bu gün məhz ulu öndərin yolu ilə gedir. Borcluyuq ki, o yolu bundan sonra da uğurla davam etdirək, bizdən sonrakı nəsil də o yolun yolçuları olsun.

Bugünkü Naxçıvan modelini ölkəmizin digər yerlərindən, xarici ölkələrdən gələn qonaqlar da görür, təəccüblərini gizlətmirlər. Görürlər ki, blokada şəraitində olsa da, 96 illik muxtariyyət yolu keçmiş Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Diyarımızın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, böyük və hərtərəfli tərəqqi işığında uğurla gələcəyə addımlayır. Bu inkişaf bir addımlığımızda yaşayan nankor ermənilərə gözdağıdır və həmişə də belə olacaq. Muxtar respublikada həyatın ayrılmaz ritminə çevrilən quruculuq tədbirləri, iqtisadi və sosialsahədəki irəliləyişlər adilikdən uzaq, möcüzənin reallığa çevrildiyi həqiqətdir. Naxçıvanın son illərini vaxtilə çiçəklənmə dövrü kimi tanınan, sivilizasiyanın yüksək zirvəsinə çatmış Atabəylər dövrünün Naxçıvanı ilə də müqayisə etmək olar. Beş min ildən artıq şəhərsalma mədəniyyətinə malik olan bu diyar bu gün özünün gənclik və xoşbəxtlik çağını ona görə yaşayır ki, bu məkanda ulu öndər Heydər Əliyevin yolu uğurla davam etdirilir. Sosial həyatın bütün sahələrində analoqu olmayan uğurlar ona görə qazanılır ki, Heydər Əliyev yolunun xoşbəxt sabahlara gedən həyat gəmisinin sükanı etibarlı əllərdədir. Ötən illərdə qazanılan hər bir uğurun kökündə məhz Heydər Əliyev yoluna,siyasi və nəzəri irsinə sədaqət, düzgün idarəetmə dayanır. İnkişaf bu dahi şəxsiyyətin xalqın tələbi ilə siyasi hakimiyyətə ikinci qayıdışından sonra ölkəmizin hər bir guşəsində gedən quruculuğun, mənəvi-siyasi, iqtisadi intibahın, AzərbaycanıAzərbaycana qaytarmaq xəttinin tərkib hissəsi, Naxçıvan Muxtar Respublikasının timsalında konkret əyani ifadəsidir. Bu, danılmaz həqiqətdir. Həmin həqiqətin fövqündə isə yenidənqurmadan yeniləşməyə qədəm qoyan Naxçıvan görünür: rahat, abad yolları, gözoxşayan küçələri, binaları, bağları, parkları ilə, eyni zamanda ötən minilliklərdən xəbər verən memarlıq inciləri ilə, qızılgüllər gülüstanına dönən seyrəngahları, bağçaları ilə yeniləşən qədim, ulu, bu gün isə gənc, cavan və müasir Naxçıvan... Artıq muxtar respublikada elə birsahə yoxdur ki, diqqətdən kənarda qalsın, inkişafa nail olunmasın. Sürətlə gözəlləşən Naxçıvanın simasını dəyişdirən təkcə abad küçələr, rahat yollar, yaraşıqlı parklar, binalar deyil. Aparılan uğurlu siyasət sayəsində adamların dünyagörüşü, həyata baxışları da dəyişib. Ürəklə, həvəslə görülən işlərin könülaçan fərəhli nəticələri isə göz qabağındadır. Doğma yurda sonsuz məhəbbətin ifadəsi hər addımda hiss olunur. Bu isə hər birimizin qəlbini dağa döndərir. Azərbaycanın ən qədim yurd yerlərindən biri, hər daşında, qayasında minilliklərin izini yaşadan, bəşər sivilizasiyasının ilkin məskənlərindən sayılan Naxçıvanın simvoluna çevrilən tarixi-memarlıq nümunələri qorunub saxlanılır, yeni tikintilər isə elə inşa olunur ki, tarixlə vəhdət yaranır. Naxçıvanlılar isə bütün bu proseslərdə fəal iştirak etməyi artıq vətəndaşlıq borcuna çeviriblər. Ümummilli liderimiz Heydər Əliyev doğmaAzərbaycanımız, Naxçıvan haqqında deyirdi: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Böyük fəxrlə, qürur hissi ilə deyə bilərik ki, dahi rəhbərin bu diyarla bağlı arzu və istəkləri QuRuCu Rəhbərin böyük diqqət və qayğısı ilə naxçıvanlılar tərəfindən sonsuz məhəbbətlə həyata keçirilərək yeni müstəviyə qədəm qoyub. Belə ki, iqtisadi və sosial sahələrdə baş verən dəyişiklikləri xarakterizə edən makroiqtisadi göstəricilər yüksələn xətlə davam etdirilməkdə, istehsal sahələrində məhsul istehsalı artmaqda, müxtəlifsahələrdə göstərilən xidmətlərin səviyyəsi günbəgün yüksəlməkdədir. Bütün bunlar onu göstərir ki, naxçıvanlılar ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan sabitliyə və quruculuq işlərinə öz layiqli töhfəsini verməyə, nailiyyətləri daha da artırmağa çalışırlar. Bunun ifadəsidir ki, muxtar respublika özünün iqtisadi, sosial inkişaf sürətinə görə ölkənin regionları arasında lider mövqeyə yüksəlib. Nəyin sayəsində? Əlbəttə ki, gələcəyə istiqamətlənmişinkişaf proqramlarının qəbul edilib qısa müddətdə və yüksək səviyyədə həyata keçirilməsi, ən müasir texnologiyaların tətbiqi, sahibkarlığın inkişafına dəstək verilməsi və digər amillər hesabına. Bu gün qürurla söyləmək olar ki, paytaxt Naxçıvan şəhərində olduğu kimi, rayon mərkəzlərində, ən ucqar dağ və sərhəd kəndlərində belə, nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəniintellektual yüksəlişə əsaslı zəmin yaradıb. Naxçıvanda inkişaf həm də kompleks abadlaşaraq müasirləşən yeni kənd modellərinin timsalında özünü göstərir. Kəndlər başdan-başa dəyişir, geniş quruculuq və abadlıq işlərinin aparıldığı, yeni pilot layihələrin tətbiq olunduğu ünvanlara çevrilir. Təhsil, mədəniyyət,səhiyyə, rabitə sahələri üçün onlarla yeni binanın inşa olunması, onların maddi-texniki bazalarının gücləndirilməsi həmin yaşayış məntəqələrinin hər birini müasir Azərbaycan kəndinə çevirib. Bunların hamısı isə insan amilinə, onun layiq olduğu şəkildə yaşamaq hüququna hesablanmış addımlardır. Mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrısahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, məşğulluğun, xüsusilə də gənclərin faydalı əmək məşğulluğunun artırılması və ümumilikdə, muxtar respublika iqtisadiyyatının güclü inkişafına nail olunması da xüsusi vurğulanmalıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər artıq dinamik xarakter alaraq prioritet vəzifəyə çevrilib. Bu inkişaf prosesində elm, təhsil, səhiyyə və mədəniyyətin xüsusi yeri və payı var. Fikrimizcə, bu sahələrdə ciddi islahatlar aparıb yeniləşməyə nail olmadan əsl intibah səviyyəsinə çatmaq mümkün deyildir. Müasir dünyamızda elm və təhsil yeniləşmənin əsas hərəkətverici qüvvəsi kimi qəbul olunur. Ona görə də muxtar respublikada bu istiqamətdə dövlət səviyyəsində aparılan siyasət ardıcıl və məqsədyönlü proqram şəklində həyata keçirilir. Naxçıvanın qədimliyi, minilliklərə dayanan yaşı, milli-tarixi ənənələri, ulu tariximizdən soraq verən toponimləri, arxeoloji abidələri, qayaüstü rəsmləri əsaslı şəkildə tədqiq edilir, abidələri bərpa olunur. Çünki o qiymətli abidələr bu qədim yurd yerinin şərəf tarixidir, daşlaşmış pasportudur. Dünənimizlə bu günümüz arasında körpüdür, ulu babalarımızın yadigarlarıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri öz çıxışlarında dəfələrlə vurğalayıb ki, dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır. Məhz bu prinsip üstün tutulmaqla əhalinin sağlamlığının qorunması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşasısəhiyyə sahəsində reallaşdırılan mühüm islahatlardandır. İcbari tibbi sığortanın tətbiqi isə göstərilən dövlət qayğısının növbəti təzahürüdür. Muxtar respublikamızın keçdiyi yolu xarakterizə etmək, inkişaf dinamikasını görmək üçün real həyata baxmaq kifayətdir. Bu uğurların, bu nailiyyətlərin qədrini bilməliyik. Çünki bunlar müstəqillik dövründə, eyni zamanda blokada şəraitində qazanılıb. Ona görə də nailiyyətlərimizi daha da artırmalı, dövlət müstəqilliyimizi daha da möhkəmləndirməli, ümummilli liderimizin yolunu davam etdirərək muxtar respublikamızın quruculuq salnaməsini layiqli nümunələrlə zənginləşdirməliyik. Ölkə başçısı cənab İlham Əliyevin Naxçıvana səfərləri zamanı muxtar respublikamızın inkişafını yüksək qiymətləndirərək dediyi kimi: “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”. Bu gün naxçıvanlılar düzgün seçilmiş yoldadırlar və hər birimiz o yolun günbəgün bizi daha xoş sabahlara apardığını görür, bu yolun əbədi olacağına inanırıq.

Qızıltac ŞAHBAZOVA

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031