SON DƏQİQƏ

naxcivanxeberleri.com

“İntellektual Oyunlar Olimpiadası”nın Babək rayon mərhələsi keçirilib-FOTO

“İntellektual Oyunlar Olimpiadası”nın Babək rayon mərhələsi keçirilib-FOTO
24-02-2020, 22:03

24 fevral 2020-ci il tarıxdə Babək rayon Mədəniyyət Sarayında yeniyetmələr arasında “İntellektual Oyunlar Olimpiadası”nın Babək rayon mərhələsi keçirilib.
NAXCİVANXBEERLERİ.COM xəbər verir ki, olimpiadanın keçirilməsinin məqsədi yeniyetmələrin intellektual fəaliyyətə cəlb edilməsi, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Olimpiada çərçivəsində 3 intellektual oyun-“Xəmsə” , “Vətəni tanı” və "Poliqon" intellekt oyunları vahid turnir şəkilində keçirilmişdir.
Sonda “Poliqon” Starteji İntellekt Oyununda Babək qəsəbə 1 №- li tam orta məktəbinin "Turan” komandası I yerə, Nehrəm kənd 1 №-li tam orta məktəbinin “Çıraq" komandası II yerə, Hacıvar kənd tam orta məktəbinin “Zirvə” komandası III yerə , “Vətəni tanı” İntellektual Oyununda Babək qəsəbə 1 №- li tam orta məktəbinin “Palata 13” komandası I yerə, Nehrəm kənd 1 №-li tam orta məktəbinin "Qarabağ" komandası II yerə, Cəhri kənd 1 №-li tam orta məktəbinin "Qızıldağ” komandası III yerə, “Xəmsə” Milli İntellektual Oyununda Hacıvar kənd tam orta məktəbinin “Ay işığı” komandası I yerə, Babək qəsəbə 1 №- li tam orta məktəbinin “Mübariz” komandası II yerə, Qahab kənd tam orta məktəbinin “Kimya” komandası III yerə çıxmışlar. Qalib komandalara təşkilatçılar tərəfindən diplom, komanda üzvlərinə isə fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim olunmuşdur. Qeyd edək ki, qalib komandalar may ayında təşkil olunacaq “İntellektual Oyunlar Olmpiadası”nın muxtar respublika birinciliyində Babək rayonunu təmsil edəcəklər. 100-dən çox yeniyetmənin iştirak etdiyi Olimpiada Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


 “İntellektual Oyunlar Olimpiadası”nın Babək rayon mərhələsi keçirilib-FOTO “İntellektual Oyunlar Olimpiadası”nın Babək rayon mərhələsi keçirilib-FOTO
 “İntellektual Oyunlar Olimpiadası”nın Babək rayon mərhələsi keçirilib-FOTO
 “İntellektual Oyunlar Olimpiadası”nın Babək rayon mərhələsi keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930