SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr edilən sərgi açılıb

Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr edilən sərgi açılıb
4-02-2019, 11:01

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Naxçıvan Muxtar Respublikası-95” adlı sərgisi açılıb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sərgidə “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, “Naxçıvan tarixi”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik”, “Gümrü, Qars və Moskva müqavilələri”, “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar”, “Naxçıvan qədimdən günümüzə qədər”, “Naxçıvan Muxtar Respublikası-85”, “Naxçıvan Muxtar Respublikası-90”, “Muxtariyyət ərəfəsində Naxçıvan” və digər bu qəbildən olan kitablar ziyarətçilərin ixtiyarına verilib.
Həmçinin Naxçıvanın muxtariyyət tarixi ilə bağlı müxtəlif illərdə qəzet, jurnal və toplularda dərc olunan yazılar da sərgilənən materiallar arasında nümayiş etdirilir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031