SON DƏQİQƏ

naxcivanxeberleri.com

ÜST xəbərdarlıq edir: bu qidadan QƏTİ İSTİFADƏ ETMƏYİN!

ÜST xəbərdarlıq edir: bu qidadan QƏTİ İSTİFADƏ ETMƏYİN!
4-02-2019, 09:39

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, trans yağlar dünyada hər il təxminən, 550 min nəfəri ürək-damar xəstəliklərinə məruz qoyur və ölümünə səbəb olur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu yağlar saysız xəstəliklərin yaranmasının birbaşa səbəbi kimi bilinir.

Buna görə də ÜST 2023-cü ilə qədər trans yağların qida siyahısından tamamilə çıxarılması üçün çağırış edir. Dünyada ilk olaraq 2003-cü ildə Danimarka süni yağların istifadəsini ölkə miqyasında məhdudlaşdırıb.

Trans yağ nədir?

Trans yağ bir çeşid doymamış yağ turşusudur. İki qrupa ayrılır: təbii yolla əmələ gələn və sənaye üsulu il əldə edilən. Təbii yolla əmələ gələnlər ət və süd məhsullarında az miqdarda olur. Süni yolla əldə edilənlər isə bitkilərdən alınan yağlara hidrogen əlavə edilərək düzəldilir. Beləliklə, yağın "piştaxta ömrü” uzadılır və yenidən isidilməyə qarşı müqaviməti artırılır.

Yarımfabrikat məhsullar, un məmulatları, kartof qızartması, toyuq naqqetsləri və bəzi kabablar kimi qızardılmış yeməklərdə yüksək miqdarda süni yağ var.

Zərərləri

Süni yağ qanda xolestrol və triqliseritin miqdarını artırır və ürək-damar xəstəliklərinə səbəb olur. 2 tip diabet, insulin mqaviməti, metabolim sindrom, artıq çəki və piylənmə, döş, mədəaltı, prostat, nəfəs borusu xərçənginə, cinsi çatışmazlıq və sonsuzluq, alzaymer kimi təhlükəli xəstəlikərə səbəb ola bilər.

Faydaları

Trans yağların insan fiziologiyasına hər hansı fayda verməsi bu günə qədər aparılan araşdırmalarda isbat edilməyib.(Publika.az)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031