SON DƏQİQƏ

naxcivanxeberleri.com

" Naxçıvan Muxtar Respublikası-95 " devizi altında rəsm müsabiqəsi elan olundu

4-02-2019, 09:35

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı təsdiq  olunmuşdur.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həmin Tədbirlər Planına əsasən Naxçıvan MR Rəssamlar Birliyi və Gənclər Fondu  " Naxçıvan Muxtar Respublikası-95 " devizi altında müsabiqə elan edir.

Naxçıvan Muxtar Respublikasının inkişafını və quruculuq salnaməsini rəsmlərində ən yaxşı tərənnüm edən üç(3) tələbə və 3(üç) şagird iştirakçı seçilərək təltif olunacaq.

Müsabiqə iki kateqoriyada, gənclər və uşaqlar arasında keçirilərək aşağıdakı kimi qiymətləndiriləcək

Gənclər: - l yer
                  II yer
                  III yer

Uşaqlar:- I yer
                 II yer
                 III yer

Sərgidə iştirakçılara, təşkilatçılar tərəfindən  "Diplom"lar təqdim ediləcəkdir.

Sərgiyə təqdim olunan işlərin bukleti çap olunacaqdır.

I  Müsabiqənin şərtləri :

1.1Mövzuya uyğun əsərlər, sərgi ekspozisiyasına daxil edilə bilər

1.2 Təqdim edilən rəsm , iştirakçının özünə məxsus olmalıdır (müəllim və ya ailə üzvləri tərəfindən çəkilən işlər qəbul edilməyəcək, yoxlanılacaq)

1.3 Bir şəxs 1-4 əsər təqdim edə bilər

1.4 Rəsm, müxtəlif boyalardan istifadə olunaraq və ya qrafik üslubda işlənə bilər (sulu,yağlı,akril,tempera,quaş,pastel boyalar, qara,rəngli qələmlər,tuş və ya qarışıq texnikada )

1.5 İşlərin ölçüləri A3 formatında və çərçivəli olmalıdır

1.6 Təqdim olunan əsərin arxasında tələbənin, şagirdin adı, soyadı, təhsil aldığı müəssisəni qeyd etməklə (ali,orta) və 1 (bir) ədəd fotoşəkli olmalıdır .
Rəhbərinin (müəllimin) adı, soyadı göstərilməlidir

Münsiflər heyyəti:

Əsərlər 5 (beş )nəfər professional rəssam tərəfindən seçiləcək.
(Adlar açıqlanmır)

Sərgi-müsabiqə 04 mart 2019-cu il tarixində, saat 15:00-da  B.Kəngərli adına sərgi salonunda keçiriləcək.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031