SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə qış geyimləri təqdim edilib - FOTO

Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə qış geyimləri təqdim edilib - FOTO
21-02-2020, 17:38

Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə dini icma rəhbərlərinə və din xadimlərinə pulsuz qış geyimləri verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev bildirib ki, din xadimlərinə dövlət vəsaiti hesabına hər il qış geyimlərinin verilməsi muxtar respublikada dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinin, dövlətin dinə və dindarlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Qeyd olunub ki, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də icmaların fəaliyyətinə ciddi nəzarətin təşkil olunması məqsədilə hər ay Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində 17 icma rəhbərinin iştirakı ilə iclaslar təşkil olunur.

Naxçıvan Muxtar Respublikası qazısı yanında şuranın sədri, Naxçıvan Muxtar Respublikası qazısı Sahib Məmmədov din xadimlərinə göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib. Şura sədri qeyd edib ki, muxtar respublikada 212 məscid, 26 pir mövcuddur. Bütün bu dini yerlər hərtərəfli qayğı ilə əhatə olunur. Dini mərasimlərin və yas mərasimlərində din xadimlərinin geyim formasında olmasına və həmin tədbirlərin yüksək səviyyədə aparılmasına ciddi nəzarət edilir.



Mahmud Hüseynov


Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə qış geyimləri təqdim edilib - FOTONaxçıvanda icma rəhbərlərinə və din xadimlərinə qış geyimləri təqdim edilib - FOTO
Naxçıvanda icma rəhbərlərinə və din xadimlərinə qış geyimləri təqdim edilib - FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930