SON DƏQİQƏ

naxcivanxeberleri.com

Rayonlardakı xəstəxanalarda tibb fakültələri açılacaq

Rayonlardakı xəstəxanalarda tibb fakültələri açılacaq
20-02-2020, 14:19

"Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələr açılacaq".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bununla bağlı təkliflər layihəsi hazırlanır və hökumətə təqdim olunacaq: "Hazırda bununla bağlı təhlillər aparılır. Səhiyyə Nazirliyi ilə rezidenturanı bitirib bölgələrə təyinat alan həkimlərin regionlarda ən azı 3 il çalışması məsələsi ilə bağlı danışıqlar aparılır".

Z.Əliyev qeyd edib ki, regionlara həkimləri ezam etmək niyyətindəyik: "Bununla da regionlarda olan həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik. Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etmək istəyirik. Həmin tələbələrlə danışıqlar gedir, həvəsləndirmə tədbirləri də görüləcək. Məncə onların da buna maraqları var"

Sədr onu da əlavə edib ki, regionlarda həkim məntəqələrinin vəziyyəti ürəkaçan deyil: "Bunu bilirik. Lakin bizim səlahiyyətimiz məhduddur. Yerlərdə həkim kadr çatışmazlığı var, avadanlıqlar yetəri səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə müayinə aparmaqda çətinlik çəkirlər".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930