SON DƏQİQƏ

22:11 - Azərbaycan və Rusiya XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər

21:46 - ABŞ-da koronavirusa yoluxanların sayı 473 minə çatdı

21:09 - Türkiyədə koronavirusdan ölənlərin sayı 1 000-ü ötdü

20:53 - İlham Əliyev: "Ümidvaram ki, koronavirusla mübarizədə qalib gələcəyik"

20:34 - Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı dəyişdi

20:28 - Hemofiliya və talassemiya xəstələrinin registri qaydası dəyişdi

20:23 - Dünyada koronavirus qurbanlarının sayı 100 mini ötdü

20:03 - Vəli Baxşəliyev: Qız qalası Naxçıvanın qədim tarixinin daş yaddaşıdır-FOTO

19:49 - İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı müəyyənləşdi

19:38 - ÜST-ün baş direktoru: Strateji Hazırlıq və Cavab Planımıza töhfə verdiyinə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür etmək istəyirəm

19:27 - Prezident İlham Əliyev: Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu yerdədir

19:18 - Operativ Qərargah Rusiyadakı Azərbaycan vətəndaşlarına müraciət etdi

19:10 - Ümidsizliyinin rüşeymlərində gizli ümid kodları... - Nargis yazır

18:57 - Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna onlayn ödəniş etmək imkanı yaradılıb

18:48 - Azərbaycanda 65 koronavirusa yoluxma qeydə alındı, 1 nəfər vəfat etdi, 58 nəfər sağaldı - Operativ Qərargah

naxcivanxeberleri.com

Ən böyük hədiyyə uşaq təbəssümüdür

Ən böyük hədiyyə uşaq təbəssümüdür
3-02-2019, 09:46

Bəşər tarixi təşəkkül tapandan daim elm, təhsil sahiblərinə böyük ehtiyac duyulub. Cəmiyyət içərisində onlar sayılıb-seçilən adamlar olublar. Həmişə ehtiramla xatırlanan bu adamlar etdikləri xeyirxah əməllərlə xalqın yaddaşından silinməyiblər. Belə xeyirxah insanların böyük bir hissəsini müəllimlər təşkil edir.
Ramilə Qafarova həyatın şirinliyindən ləzzət alan, onun acısını da şirin kimi qəbul edən gənc müəllimlərimizdəndir. 2004-cü ildə Ərəfsə kənd tam orta məktəbinin XI sinfini bitirən Ramilə Naxçıvan Müəllimlər İnstitutunda təhsil almışdır. İlk dəfə əmək fəaliyyətinə doğma kəndində ibtidai sinif müəllimi kimi başlayıb. Təhsil aldığın məktəbdə işləməyin özünə görə məsuliyyəti var. Bu məsuliyyəti başa düşən Ramilə ilk gündən öz işinə ciddi yanaşmış, bunun nəticəsində də məktəb kollektivinin sevimlisi olmuşdur. Gənc müəllim öyrəndikləri ilə kifayətlənmir, həmişə öyrənib-öyrədənlərdən olmağa çalışır.
İki ildir ki, müəllimlik fəaliyyətinin üzərinə psixoloqluq vəzifəsi də əlavə olunub. O, kollektivlə gözəl ünsiyyət qurmağı bacarır. Uşaq xarakterinə yaxından bələd olmaq üçün dünya klassiklərinin əsərlərini oxuyur, obrazların mənfi və müsbət xüsusiyyətlərini təhlil edir.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ehtiram Salmanov onun haqqında belə deyir:
-Neçə ildir ki, Ramilə müəllimlə bir yerdə işləyirik. O, özünü savadlı və bacarıqlı müəllim kimi tanıdıb. Dərs dediyi sinfin şagirdləri yaxşı oxuyur, hazırcavabdırlar. Gözəl müşahidə qabiliyyətinə malik olan uşaqlar öz fikirlərini ifadə etməkdə heç bir çətinlik çəkmirlər. Məktəb tədbirlərində Ramilə müəllim yaxından iştirak edir. Uşaqları bir dəqiqə də olsun nəzarətsiz qoymur. İbtidai sinifdə onun dərs dediyi sinfin uşaqları yuxarı siniflərdə də yaxşı oxuyurlar.
Aybəniz Nəcəfova qırx ilə yaxındır ki, Ərəfsə kənd tam orta məktəbində müəllim işləyir. Orta məktəbdə Ramilə müəllimə dərs deyən Aybəniz müəllim onun haqqında ürək sözlərini belə ifadə edir:
-Ramilə tam orta məktəbdə oxuyanda öz savadı, bacarığı ilə sinif yoldaşlarından seçilirdi. Dərslərini yaxşı oxumaqla bərabər onda bir təşkilatçılıq qabiliyyəti də vardı. O mənim nəzərimdə sözünə əməl edən, dəqiq bir adam kimi qalıb. Bütün günü uşaqlarla söhbət aparır. Məktəb psixoloqu olmaq heç də asan iş deyil. Uşaq psixologiyasını dərindən bilmək üçün pedaqoji ədəbiyyatlardan istifadə edir. Belə bacarıqlı şagirdimlə bir yerdə işləmək mənə zövq verir.
Məktəbin müəllimi Tural Nəcəfli ali məktəbdə oxuyur. Ona məktəbdə qələm tutub yazı yazmağı Ramilə müəllim öyrədib.
T.Nəcəfli bildirdi ki, birinci sinfə gedəndə bizə hərfləri, oxuyub-yazmağı o öyrədib. O vaxt Ramilə müəllim ilk dəfə idi ki, müəllim kimi sinfə qədəm qoyurdu. Biz hərfləri öyrənib oxuduqca o özü də bizimlə bərabər sevinirdi. Sinfimizdə olan uşaqların hamısı yaxşı oxuyurdu. Bugünkü uğurum üçün Ramilə müəllimə borcluyam.
Ramilə müəllim xoşbəxt anadır. Oğlu Turan Ərəfsə kənd tam orta məktəbinin 11 sinfində oxuyur. O həmişə, başqalarına nümunə olmağa çalışır. Anasına kollektiv tərəfindən böyük ehtiram göstərildiyindən qürur duyan Turan isə dedi ki, anamı təkcə mən yox, məktəbdə uşaqların hamısı çox istəyir. O, bizə həyatda hər şeyi öyrədir. Anam heç kimi çətinlikdə qoymur.
Turan danışdıqca üzündə bir sevinc təbəssümü görünür. Hiss edirsən ki, anasının xeyirxah əməllərinə sevinir, onunla fəxr edir.
Ramilə müəllimin özü isə söhbət zamanı dedi:
-Mən ailənin tək övladı olmuşam. Həmişə istəyirdim ki, bacım, qardaşım olsun. İndi günüm uşaqların arasında keçir. Elə bil mən arzuladığım uşaqlığımı yaşayıram. Uşaq qəlbinə yol tapmaq o qədər də asan deyil. İlk növbədə, uşaqlarla dost olmalısan. Onların xoş təbəssümü mənim ən böyük mükafatımdır. İstəyirəm ki, uşaqların çöhrəsində həmişə gülüş olsun.
Mən də onun səmimi istəklərinə qoşuluram. Arzu edirəm ki, gənclik ehtirası ilə çalışan müəllimin uşaqlara olan məhəbbəti tükənməsin, o, həmişə uşaq dünyasında xoş əməllər carçısı olsun.

Təranə MƏHƏMMƏDQIZI

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930