SON DƏQİQƏ

naxcivanxeberleri.com

Həssas qruplara aid olan şagirdlər üçün breyn-rinq keçirilir

Həssas qruplara aid olan şagirdlər üçün breyn-rinq keçirilir
18-02-2020, 12:21

Paytaxtdakı ümumi təhsil müəssisələrinin şagirdləri arasında psixointellektual breyn-rinq oyununa start verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan oyunların əsas məqsədi məktəblilər arasında xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqəti artırmaq, müvafiq qrupa daxil olma ehtimalı olan şagirdlərin istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə bacarıqlarını inkişaf etdirməkdir.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan psixointellektual oyun rayon və şəhər turundan ibarətdir.

Rayon turunda VII-IX sinif şagirdlərindən ibarət komandalar müəyyən vaxt ərzində onlara verilən müvafiq tapşırıqları yerinə yetirirlər. I mərhələdən uğurla keçən komandalar şəhər turuna vəsiqə qazanacaqlar.

Qalib gələn komandalara diplom və hədiyyələr təqdim olunacaq

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930