SON DƏQİQƏ

naxcivanxeberleri.com

AQTA süni uşaq qidaları ilə bağlı vəziyyəti dəyərləndirib

AQTA süni uşaq qidaları ilə bağlı vəziyyəti dəyərləndirib
18-02-2020, 10:21

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi süni uşaq qidalarının ölkədə istehsalı və ölkəyə idxalı ilə bağlı vəziyyəti dəyərləndirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.

Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Uşaq qidaları yüksək risk qurupuna aid olduğu üçün ölkəmizə idxal edilən hər bir məhsul partiyasından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Laborator analizlər məhsulun mikrobioloji və fiziki-kimyəvi göstəriciləri əsasında həyata keçirilir. Əgər nümunələr qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə cavab vermirsə məhsulun satışına icazə verilmir:

"Bu zaman idxal olunmuş uşaq qidalarının ixracatçı ölkəyə geri qaytarılması, zərərsizləşdirilməsi və ya utilizasiyası üzrə Agentlik tərəfindən zəruri tədbirlər görülür. Ekspertizanın nəticələri uyğun olduğu təqdirdə məhsullara qida təhlükəsizliyi sertifikatı verilir Həmin sertifikatla sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edirlər.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930