SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ardıcıl diplomatik zərbələr və “SİYASİ NOKAUT”-Nurlan Qələndərli yazır...

Ardıcıl  diplomatik zərbələr və “SİYASİ NOKAUT”-Nurlan Qələndərli yazır...
18-02-2020, 10:00

YAXUD AZƏRBAYCAN PREZİDENTİNDƏN ERMƏNİSTANIN BAŞ NAZİRİNƏ BİR DAHA TARİX, SİYASƏT VƏ DİPLOMATİYA DƏRSİ

Azərbaycanın Ermənistan qarşısında aşkar diplomatik üstünlüyə malik olması reallıqdır. Bunu təmin edən strateji faktor Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyasının milli maraqlara və müasir çağırışlara müvafiq surətdə uğurla davam etdirilməsidir. Son bir neçə ay ərzində baş verənlərin fonunda bu gerçəklik bir daha öz təsdiqini tapdı.

BİR ƏSRLİK ERMƏNİ YALANLARININ İFŞASI...

Söhbət “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş panel müzakirələrdə Prezident İlham Əliyevin prinsipial mövqe nümayiş etdirərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmasından, Ermənistanın işğalçı siyasətinin mahiyyətini konkret faktlar əsasında ifşa etməsindən gedir.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan Prezidentinin bəhs olunan toplantılarda iştirakı, regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik məsələləri ilə əlaqədar xüsusi əhəmiyyətə malik olan fikirləri olduqca maraqla qarşılandı, dövlət başçısının nitqi mühüm siyasi ismarıclarla yadda qaldı. Azərbaycan Prezidenti “Valday”da Ermənistana, ermənipərəst dairələrə mühüm siyasi ismarıclar verdi, işğalçı ölkənin baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”,-deyə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bu, Azərbaycanın qətiyyətli mövqeyinin ən yüksək səviyyədə daha bir ifadəsi, prinsipial siyasətin qəti nümayişi idi. Bir sözlə, Prezident İlham Əliyev Ermənistanın baş nazirinə, onun sərsəm bəyanatlarına tutarlı cavab verdi. Ermənistana daha bir diplomatik zərbə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında endirildi. Ermənistanın faşist ideologiyasından qidalanmasını və terrorçu mahiyyətini əks etdirən konkret faktlar, tarixi reallıqlar ortaya qoyuldu. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə isə
Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, o cümlədən Xocalı soyqırımını törətdiyini, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu, ölkəmizin ərazi bütövlüyünün bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını, ermənilərin işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyduqlarını, onların işğal altındakı torpaqlarda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha qətiyyətlə diqqətə çatdırdı. Dövlətimizin başçısı Ermənistanın baş nazirinə, sözün əsl mənasında, tarix, siyasət və diplomatiya dərsi keçdi.

HÜCUM DİPLOMATİYASI: STRATEJİ NÜANSLAR NƏYİ İFADƏ EDİR?

Bütün bu reallıqlar öz növbəsində növbəti dəfə bir sıra strateji nüanslardan xəbər verir. Beləliklə:

- Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar reallıqları bütün kürsülərdə, beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətinə çatdırır, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir;

- Digər istiqamətlərdə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində də ölkə rəhbərliyinin qətiyyətli mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb;

- Azərbaycanın qətiyyətli mövqeyinin, hücum diplomatiyasının fonunda qlobal platformalarda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyi bəyan edilir. Yəni Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir.

Nəticə etibarilə, Azərbaycan Prezidentinin ardıcıl diplomatik zərbələri Ermənistanın baş nazirini “siyasi nokaut”a saldı. Bütün bunlar əminliklə söyləməyə imkan verir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, tarixi ədalət öz yerini tapacaq!

Nurlan QƏLƏNDƏRLİ
POLİTOLOQ

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930