SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kursant və əsgərlər Naxçıvanın tarixi-mədəni abidələrində və muzeylərində olublar-FOTO

Kursant və əsgərlər Naxçıvanın tarixi-mədəni abidələrində və muzeylərində olublar-FOTO
17-02-2020, 20:12

Həftə ərzində dərslərdə fərqlənən Heydər Əliyev adına Hərbi Liseyin kursantları və hərbi xidmətdə yüksək nəticələr göstərən əsgərlər muxtar respublikanın tarixi-mədəni abidələrini və muzeylərini ziyarət ediblər.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, mədəniyyət müəssisələrində bələdçilər tərəfindən zəngin tariximizi, mədəniyyətimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar haqqında ziyarətçilərə ətraflı məlumat verilib.

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyini, Cəmşid Naxçıvanski, Milli Dəyərlər, Dövlət Bayrağı, Naxçıvan Dövlət Tarix muzeylərini, Hüseyn Cavidin ev-muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksini və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərini ziyarət kursant və əsgərlərdə zəngin təəssürat yaradıb.

Kursant və əsgərlər Naxçıvanın tarixi-mədəni abidələrində və muzeylərində olublar-FOTOKursant və əsgərlər Naxçıvanın tarixi-mədəni abidələrində və muzeylərində olublar-FOTO
Kursant və əsgərlər Naxçıvanın tarixi-mədəni abidələrində və muzeylərində olublar-FOTO
Kursant və əsgərlər Naxçıvanın tarixi-mədəni abidələrində və muzeylərində olublar-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930