SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dizə kəndində İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə sərgi təşkil olunub

Dizə kəndində İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə sərgi təşkil olunub
2-02-2019, 14:21 282 dəfə baxılıb

Dizə kənd tam orta məktəbinin kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə sərgi təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sərginin açılışında məktəbin kitabxanaçısı Dilbər Hüseynova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi, 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" olması və bu məqsədlə məktəbin kitabxanasında da silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırmışdır. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ədalət Əhmədov, təlim-tərbiyə işləri üzrə direktor müavini Polad Əhmədli çıxış edərək Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası İmadəddin Nəsiminin ömür yolundan söhbət açmış, şairin dərin poetik fikirlərlə zəngin yaradıcılığından danışmışlar. Vurğulanmışdır ki, Nəsimi irsinin daha geniş şəkildə təbliği ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirlər siyahısına daxil edilmiş, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna şairin adı verilmiş, Bakıda onun əzəmətli heykəli ucaldılmışdır. Tədbirin sonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş sərgiyə baxış olmuşdur. Sərgidə ölməz şairin seçilmiş əsərləri, ondan bəhs edən bədii əsərlər nümayiş etdirilir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728