SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ekologiya könüllüləri "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ətrafında biotexniki tədbirlər aparıb-FOTO

Ekologiya könüllüləri
16-02-2020, 13:00

Ekologiya könüllüləri "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ətrafında biotexniki tədbirlər aparıb, Nehrəm dağı istiqamətində təbiət yürüşü ediblər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə könüllülər tərəfindən müəyyən olunmuş əraziyə meyvə və tərəvəz qırıntıları və daş duz dağıdılıb. Sonra könüllülərin Nehrəm dağı istiqamətində yürüşü olub. Yürüş zamanı könüllü gənclər ərazinin coğrafiyası, fauna və florası barədə ətraflı məlumat əldə edib, həmçinin bu ərazilərdə son vaxtlarda sayı artan muflon keçilərini yaxından izləmək şansı əldə ediblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə könüllülər tərəfindən aparılan biotexniki tədbir qış fəslində heyvanların qida maddələrinə olan tələbatını ödəmək, yeni əkilən ağac və tinglərin heyvanlar tərəfindən məhv edilməsinin qarşısının alınması məqsədilə keçirilib.

Ekologiya könüllüləri "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ətrafında biotexniki tədbirlər aparıb-FOTO
Ekologiya könüllüləri "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ətrafında biotexniki tədbirlər aparıb-FOTO
Ekologiya könüllüləri "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ətrafında biotexniki tədbirlər aparıb-FOTO
Ekologiya könüllüləri "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ətrafında biotexniki tədbirlər aparıb-FOTO
Ekologiya könüllüləri "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ətrafında biotexniki tədbirlər aparıb-FOTO
Ekologiya könüllüləri "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ətrafında biotexniki tədbirlər aparıb-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930