SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qırmızı kələmin sağlamlığa faydaları

Qırmızı kələmin sağlamlığa faydaları
14-02-2020, 23:32

Ölkəmizdə qırmızı kələm ağ kələmlə müqayisədə daha az yayılıb və mətbəxdə demək olar istifadə olunmur. Lakin qırmızı kələm ağ kələmdən qat-qat daha faydalıdır.

Belə ki, qırmızı kələmdə olan C vitamini ağ kəlmədən 2 dəfə, A vitamini isə 4 dəfə daha çoxdur.

NAXCİVANXEBERLERİ.COM bildirir ki, qırmızı kələm antosian maddələri ilə zəngindir. Ağ kələmdə bu maddələr yoxdur. Məhz antosianlar qırmızı kələmi belə qeyri-adi rəngə “boyayır”. Güclü antioksidantlar olan antosian maddələri kapilyar və damarları möhkəmləndirir, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Həmçinin antosianlar dərinin vəziyyətinə çox müsbət təsir edir, dərini cavanlaşdırır.

Qırmızı kələm liflərlə zəngindir. Bu liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır. Həmçinin lifli qidalar arıqlamağa kömək edir, xolesterol və şəkərin səviyyəsini aşağı salır.

Qırmızı kələm yodla zəngindir. Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün ən vacib maddədir.

Kələmin tərkibində olan mis, dəmir və fol turşusu bu tərəvəzi qanazlığından əziyyət çəkənlər üçün çox faydalı edir.

Qırmızı kələm fitonsid maddələri ilə də zəngindir. Bu maddələr orqanizmə mikrob və göbələk əleyhinə təsir edir.

Elmi araşdırmalar göstərir ki, istənilən kələm növləri və o cümlədən qırmızı kələm orqanizmi onkoloji xəstəliklərdən qoruyur. Bu xüsusilə süd vəzi və bağırsaq xərçənginə aiddir.

Qırmızı kələmi salatlara əlavə etmək, qovurmaq və s. olar. Nəzərə almaq lazımdır ki, çoxlu miqdarda istehlak olunduqda kələm köp və həzm problemlərinə səbəb ola bilər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930