SON DƏQİQƏ

naxcivanxeberleri.com

Culfa rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Culfa rayon prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib
14-02-2020, 16:11

Culfa rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq Culfa rayon Yaycı kənd 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə rayon prokurorluğunun böyük müstəntiqi Afət Kərimli "Ailədə uşaqların hüquqları" mövzusunda cıxış edərək bildirib ki, ailə təkcə hər bir insanın deyil, eləcə də cəmiyyətin inkişafına, onun əxlaqi sağlamlığına təsir göstərir və insanların sosial aktivliyini artıran faktorlardan biridir.

Ölkəmizin ailə qanunvericiliyinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər, Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı və məhkəmə tərəfindən həyata keçirilir.

Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata keçirirlər. Uşağın valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri və ya onlardan biri uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

Qeyd olunub ki, uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanına məlumat verməyə borcludurlar.

Görüş zamanı verilən suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31