SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş sərgi

Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş sərgi
1-02-2019, 20:53 223 dəfə baxılıb


“Naxçıvan muxtar respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli sərəncamına uyğun olaraq cari ildə muxtar respublikanın elm, təhsil və mədəniyyət müəssisələrində müxtəlifyönümlü silsilə tədbirlər hazırlanıb keçirilir.

Naxçıvan Dövlət Tarix Muzeyində də Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş sərgilər qurulur və tədbirlər hazırlanıb həyata keçirilir. Muzeyin ekspozisiyasında tərtib olunmuş “Naxçıvan Muxtar Respublikası -95” başlıqlı sərgi Naxçıvanın muxtariyyət tarixindən bəhs edir. Ulu Öndər Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” sözlərinin yer aldığı sərgidə 129 ədəd eksponat nümayiş etdirilir. Onların tərkibində Naxçıvana muxtariyyət statusunun verilməsinə dair sənədlər, muxtariyyət dövründə qəbul olunmuş Naxçıvanın konstitusiyaları, xəritələr, muxtariyyətin müstəqillik illərində Naxçıvanın sosial-iqtisadi və mədəni inkişafına dair yazılı məlumatlar, son 20 ildə muxtariyyət tarixi ilə bağlı nəşr olunmuş naxçıvanlı alimlərin kitabları, jurnallar, dövrü mətbuat nümunələri ilə yanaşı bu dövrdə Naxçıvanda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq tədbirlərini əks etdirən fotoşəkillər və digər materiallar nümayiş olunur.

Tərtib olunmuş sərgi vasitəsilə muzeyə gələn tamaşaçılara Naxçıvanın muxtariyyət tarixi barədə əyani olaraq ətraflı məlumatlar verilir. Həmçinin, il ərzində muzeydə muxtariyyət tariximizlə bağlı müxtəlif səpkili tədbirlərin hazırlanıb keçirilməsi də nəzərdə tutulmuşdur.

Bəxtiyar Əliyev

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728