SON DƏQİQƏ

naxcivanxeberleri.com

Prezident daha bir qanunda dəyişiklik edilməsi ilə bağlı Fərman imzaladı

Prezident daha bir qanunda dəyişiklik edilməsi ilə bağlı Fərman imzaladı
1-02-2019, 19:12

Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Fərmanda deyilir :

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3 (I kitab), maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791, № 11, maddə 1408, № 12, maddə 1570; 2015, № 1, maddə 20; 2016, № 6, maddə 1050; 2018, № 10, maddə 2007; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 458 nömrəli Fərmanı) 2-ci hissəsinin beşinci abzasına “Vergilər Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə)” sözləri əlavə edilsin.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31