SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunda tədbir keçirilib

Sədərək rayonunda tədbir keçirilib
8-02-2020, 17:15

07 fevral 2020-ci il tarixində Daxili İşlər, Təhsil, Gənclər və İdman Nazirliklərinin birgə təsdiq etdiyi “ Naxçıvan Muxtar Respublikasında yetkinlik yaşına çatmayanlarla aparılan profilaktiki işlərə dair Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbində Sədərək Rayon Polis Şöbəsi, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi məqsədi ilə tədbir keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə Sədərək Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru, polis baş leytenantı Qulu Quliyev, Gənclər və İdman İdarəsinin məsləhətçisi Məhəmməd Fizuli, Təhsil şöbəsinin məsləhətçisi Yalçın Bayramzadə çıxış edərək diqqətə çatdırıblar ki, yetkinlik yaşına çatmayanlar arasında sağlam həyat tərzi eləcə də tütün məhsularının istifadəsinin cinayətkarlığın, hüquq pozmalarının profilaktikası haqqında geniş söhbətlər aparılmış bu barədə şagirdləri maraqlandıran sualara cavab verilmişdir.Tədbirin sonunda qeyd edilmişdir ki, Sədərək rayon ümumtəhsil məktəblər üzrə bundan sonrada “Tədbirlər Planına” oyuğun olaraq şagirdlərnən görüşlər keçiriləcəkdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31