SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda bu il Palçıq Vulkanı Kompleksinin tikintisinə başlanılacaq

Azərbaycanda bu il Palçıq Vulkanı Kompleksinin tikintisinə başlanılacaq
7-02-2020, 23:11

Azərbaycanda Palçıq Vulkanı Kompleksinin tikintisinə bu il başlamaq planlaşdırılır.

Bunu NAXCİVANXEBERLERİ.COM-a Dövlət Turizm Agentliyinin (DTA) mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, kompleks Qobustan şəhərindən təxminən 22 km-lik məsafədə yerləşən Ərzani palçıq vulkanları sahəsində yaradılacaq. Prezident İlham Əliyevin tapşıırğı ilə DTA tərəfindən palçıq vulkanları ərazisində turizm kompleksinin yaradılması konsepsiyası artıq hazırlanıb.

Agentlik rəsmisi qeyd edib ki, Qobustan şəhərindən həmin komleksin yerləşəcəyi əraziyə yol çəkiləcək və orada müvafiq infrastruktur qurulacaq. Turistlər üçün kompleksdə əyləncə, istirahət, muzey, gəzinti üçün də yerlər yaradılacaq.

Azərbaycanın vulkanların sayına görə dünyanın ən unikal ərazilərindən biri olduğunu deyən K.Quluzadə Azərbaycanın turizm potensialı təqdim edilərkən burada palçıq vulkanlarının mövcudluğu xüsusilə vurğulanır: “DTA tərəfindən mütəmadi olaraq, turistlər üçün vulkanlarla bağlı təbliğat aparılır. Biz təbliğatımızda Azərbaycanın xüsusi özəl ərazi olduğunu nəzərə çatdırarkən, burada çox sayda palçıq vulkanlarının olduğunu xüsusi şəkildə vurğulayırıq. Amma palçıq vulkanları ilə bağlı ölkəmizdə infrastruktur yoxdur. İndi Prezident İlham Əliyevin tapşırığı ilə bu istiqamətdə işlər görüləcək, vulkan kompleksi tikiləcək”.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Turizm Agentliyi Ərzani palçıq vulkanı sahəsində elmi-tədqiqatların aparılması, lazımi məlumat və təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutuna müraciət edib.

Ərzani vulkanı bir sırada düzülmüş üç sopka qrupundan ibarәtdir. Vulkanın tәpәli zirvәsi dik yamac әmәlә gәtirir. Vulkanın orta hissәsindәn Şirqobu çayı axır. Morfoloji әlamәtlәrinә görә 3 qrupa bölünür. Fәaliyyәtdә olan sopka, salz vә qrifonlardan qaz, su, neftli palçıq ayrılır. Sopka brekçiyasının hәcmi 1320 milyon kub metr, yayıldığı sahә 1757 hektar, qalınlığı 75-80 m-ә bәrabәrdir.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930