SON DƏQİQƏ

naxcivanxeberleri.com

Polad Bülbüloğlunun 75 illiyi qeyd olunub

Polad Bülbüloğlunun 75 illiyi qeyd olunub
7-02-2020, 20:19

Bu gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 75 illiyinə həsr olunmuş tədbir keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdə ictimai-siyasi xadimlər və digər tanınmış şəxslər iştirak ediblər.

Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək Polad Bülbüloğlunu təbrik edib və onunla bağlı xatirələrini bölüşüb.

Polad Bülbüloğlu səhnəyə çıxaraq tədbir iştirakçılarına təşəkkür edib: "Xoşbəxtəm ki, 75 yaşına çatmışam, yenə Heydər Əliyev Sarayında konsert verirəm. Prezident İlham Əliyev məni dəvət etdi və təbrik etdi. Mən çox duyğulandım, nə cavab verəcəyimi bilmədim. Mənə xoş sözlər dedi. Fürsətdən istifadə edərək ona dərin təşəkkürümü bildirirəm. Eyni zamanda Mehriban xanım da zəng edib təbrik etdi və gözəl sözlər dedi. Ona da minnətdarlığımı bildirirəm".

Daha sonra konsert proqramı davam edib və sənətkar repertuarından mahnılar ifa edib.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930