SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində daha bir monoqrafiya işıq üzü görüb

AMEA Naxçıvan Bölməsində daha bir monoqrafiya işıq üzü görüb
6-02-2020, 13:34

“Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)” adlı monoqrafiya çap olunub

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Akademiyanın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəz qızının müəllifi olduqları “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)” adlı monoqrafiya işıq üzü görüb.

Kitabda Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, professor Yusif Seyidovun elmi-nəzəri irsi ilk dəfə sistemli şəkildə araşdırılıb. Nəşrdə, həmçinin Yusif Seyidovun Azərbaycan dilçiliyinin nəzəri sahələri ilə yanaşı, yazıçı və dil problemlərinə dair tədqiqatları da əksini tapıb.

Akademik Möhsün Nağısoylunun elmi redaktorluğu ilə nəşr olunan monoqrafiya giriş, üç fəsil, nəticə və 250-yə yaxın əsəri əhatə edən ədəbiyyat siyahısından ibarətdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Şubat 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728