SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
2-02-2020, 20:00

2 fevral Gənclər Günü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə bayram tədbirləri təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata əsasən, tədbirlərdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təsdiq olunmuş plana əsasən hərbi hissələrdə keçirilən bayram konsertləri, mədəni-kütləvi, hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930