SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda 2 fevral Gənclər Günü qeyd olunub -FOTO

Naxçıvanda 2 fevral  Gənclər Günü qeyd olunub -FOTO
2-02-2020, 17:20

Muxtar respublikada gənclərin sağlam, vətənpərvərlik ruhunda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki “Duzdağ” otelində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən Gənclər və İdman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov bildirib ki, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə tərəqqi və inkişaf müşahidə edilməyə başladı. Ulu öndər tərəfindən 1995-ci ildə irəli sürülən gənclər forumu ilə bağlı təşəbbüsdən sonra 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin I Forumu keçirilmişdir. Bir il sonra 1997-ci il 1 fevral tarixdəilk Forumun iştirakçılarının bir qrupu ilə görüşən ulu öndər bir il ərzində ölkə gənclərinin hər bir sahədə fəal iştirakına, gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına, gənclər sahəsindəgörülmüş işlərin təşkilinə, gəncliklə bağlı əsas problemlərin həllinə diqqəti yönəltmişdir. Ümummilli lider Heydər Əliyevin elə həmin gün imzaladığı Sərəncamla 2 fevral ölkəmizdə Gənclər Günü elan edilmişdir. Bu gün dövlətin apardığı gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir.
Diqqətə çatdırılıb ki, muxtar respublikamızda gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikamızda gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, onların yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə muxtar respublikamızda Gənclər Mərkəzi, elektron kitabxanalar, mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, yeni orta məktəb binaları, olimpiya idman kompleksləri, idman mərkəzləri və digər saymaqla bitməyən obyektlər tikilmiş və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilmişdir.
Azad Cabbarov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” Fərmanı regionumuzda gənclərə göstərilən diqqət və qayğının məntiqi davamıdır. Bu Fərmanla Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının“Qızıl kitabı” təsis edilmiş, müxtəlif sahələr üzrə fərqlənən istedadlı yeniyetmə və gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılmışdır. Gənclər və İdman Nazirliyi muxtar respublikada gənclər və idman siyasətini həyata keçirən dövlət orqanı kimi gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədi ilə 626 tədbir keçirmişdir ki, həmin tədbirlərdə 16580 nəfər gənc iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində görülən tədbirlərdən ətraflı bəhs edib. Vurğulanıb ki, bu gün Azərbaycan gənci çiçəklənən, gözəl bir ölkədə yaşayır.
Naxçıvan gəncləri bu gün həm ölkə, həm də muxtar respublika rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. Sevindirici haldır ki, Naxçıvan gənci bu gün düşünür, tədqiq edir, ölkəmizin və dünyanın ən yaxşı universitetlərində bilik sərmayəsi qazanır, müxtəlif yarış meydanlarında qalib olur və muxtar respublikamızı təmsil edir. Bu bizim sərvətimiz və haqqında inamla danışa biləcəyimiz Azərbaycan gəncliyidir.
Çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edib, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Sonra Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı yeniyetmə və gənclər təşkilatçılar tərəfindən hədiyyələrlə mükafatlandırılıblar. Mükafatlandırılan gənclər yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Tədbir Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupu və gənc skripkaçının ifasında musiqi nömrələri ilə davam etdirilib.

Naxçıvanda 2 fevral  Gənclər Günü qeyd olunub -FOTO
Naxçıvanda 2 fevral  Gənclər Günü qeyd olunub -FOTO
Naxçıvanda 2 fevral  Gənclər Günü qeyd olunub -FOTO
Naxçıvanda 2 fevral  Gənclər Günü qeyd olunub -FOTO
Naxçıvanda 2 fevral  Gənclər Günü qeyd olunub -FOTO
Naxçıvanda 2 fevral  Gənclər Günü qeyd olunub -FOTO
Naxçıvanda 2 fevral  Gənclər Günü qeyd olunub -FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930