SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vaqif Əsədov ötən ilin yol qəzaları ilə bağlı STATİSTİK RƏQƏMLƏRİ açıqladı

Vaqif Əsədov ötən ilin yol qəzaları ilə bağlı STATİSTİK RƏQƏMLƏRİ açıqladı
30-01-2019, 21:12

2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib. Bunu Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Naxcivanxeberleri.com xəbər verir ki, V.Əsədov bildirib ki, baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb. Bölmə rəisi bildirib ki, ötən illə müqayisədə 5 ölüm fərqi artıb ki, bu da piyadaların vurulması ilə bağlıdır.

Bölmə rəisi bildirib ki, piyadaların vurulması ümumi hadisələrin 62 faizini təşkil edir. Onun sözlərinə görə, yol nəqliyyat hadisələrinin digər səbəbləri sürət həddinin aşılması, qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxmaq, ötmə, manevretmə qaydalarının pozulması, yol ayrıcının keçmə qaydalarının pozulması olub.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31