SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin müəllimi beynəlxalq seminarda iştirak edib

Naxçıvan Dövlət Universitetinin müəllimi beynəlxalq seminarda iştirak edib
28-01-2020, 10:59

Azərbaycan Respublikasnın Təhsil İnstitunda ali təhsil müəssisələrinin elm şöbəsi, kitabxana, elmi nəşrlər və digər sahələrin əməkdaşları üçün “Open Access” mövzusunda seminar keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Tədbir Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində keçirilib.
Avropa İttifaqının maliyyə dəstəyi ilə beynəlxalq ekspert Daniel Spichtinger tərəfindən aparılan seminarda “Open Access”-in mahiyyəti və istifadə metodları, “Open Access” sisteminin qurulması və Azərbaycanda bu sahədə görülən tədbirlər barədə ətraflı məlumat verilib. Məqalələrin elmi nəşri, elmi jurnallara açıq qızıl, yaşıl və hibrid giriş xüsusiyyətləri, onların özünəməxsus üstünlükləri və mənfi cəhətləri müzakirə edilib.
Naxçıvan Dövlət Universiteti "İngilis dili və Tərcümə" kafedrasının müdiri, filologiya üzrə fələsəfə doktoru, dosent İlhamə Məmmədova da seminarda iştirak edib.
Qeyd edək ki, layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarətdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930