SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda nağdsız ödənişlərin sayı artır

Naxçıvanda nağdsız ödənişlərin sayı artır
28-01-2020, 10:30

Nağdsız ödəmələrin səviyyəsinin artırılması və nağd əməliyyatların minimuma endirilməsi vergi orqanının qarşısında əsas vəzifə hesab olunur.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu istiqamətdə görülən işlər çərçivəsində Naxçıvan şəhərində 1 yanvar 2020-ci il tarixə 575 ədəd POS-terminal quraşdırılıb, qurğuların istifadə vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə mütəmadi monitorinqlər keçirilib. Nəticədə, POS-terminallar üzrə nağdsız dövriyyənin həcmi 2019-cu ildə 5 milyon 231 min 81 manat olub ki, bu da 2018-ci illə müqayisədə 2 milyon 125 min 829 manat çoxdur.
Vergitutma bazasının genişləndirilməsi, vergidənyayınma hallarının qarşısının alınması da Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən daim diqqət mərkəzində saxlanılıb. 2019-cu ildə də bu istiqamətdə aparılan araşdırmalar, eləcə də maarifləndirmə işlərinin görülməsi nəticəsində öz əmlaklarını icarəyə verən şəxslər tərəfindən əldə etdikləri gəlirlərə görə ödəməli olduqları vergilərdə artımlara nail olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930