SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər sahibkarlıq fəaliyyətini təşviq edir və əhalinin vergi yükünü azaldır

Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər sahibkarlıq fəaliyyətini təşviq edir və əhalinin vergi yükünü  azaldır
28-01-2020, 10:04

Vergi qanunvericiliyi sahəsində kompleks tədbirlərin nəticələrinə və gözləntilərinə nəzər yetirsək görərik ki, gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsi, xüsusilə optimal vergi sisteminin tətbiq edilməsi, nümunəvi vergi ödəyiclərinə güzəştlərin təqdim olunması, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişaf etdirilməsi istiqamətlərində Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi aktualdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, belə ki, 2020-ci ilin yanvar ayının 1- dən qüvvəyə minən Vergi Məcəlləsində ümumilikdə 60 maddədən ibarət olmaqla, 154 maddə və yarımmadəsinə dəyişikliklər edilib. Onlar əsas yeddi istiqaməti - ədalətli rəqabətin şərti olan bərabər və şəffaf fiskal mühitin təmin edilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq məlumat mubadiləsi üzrə ohdəliklərin yerinə yetirilməsini özündə birləşdirir.
Qəbul olunanan dəyişikliklərə uyğun olaraq sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə Vergi Məcəlləsində mühüm dəyişikliklər edilib. Belə ki, elektron vergi hesab-fakturası və elektron qaimə-faktura vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz edilib, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə tərtib edilən “Malların alış aktı” ciddi hesabat blankı elektronlaşdırılıb. Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükü azaldılıb.
1 yanvar 2020-ci il tarixdən quş ətinin satışının əlavə dəyər vergisindən azad edilməsi müddəti – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə artırılıb. Əlavə olaraq quş ətinin satışı ilə yanaşı, heyvan ətinin də satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Heyvan və quş ətlərinin kəsilmə və dondurulma əməliyyatları istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinin təqdim edilməsinə əlavə dəyər vergisindən azadolma şamil edilmir.
Cari ilin yanvar aynının 1 –dən fiziki şəxslər tərəfindən yaşayış sahəsinin vergidən azad olmaqla təqdim edilməsinə tələb olunan 5 illik qeydiyyat müddəti 3 təqvim ilinə endirilib. 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, fiziki şəxslərin azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilinin satışı vergidən azaddır. Bu baxımdan, 3 ildən artıq müddətdə yaşayış yeri üzrə qeydiyyatda olduğunuz mənzilin satışından alqı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Digər bir güzəşt isə fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanacaq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il martın 18-də Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Fərmana uyğun olaraq 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Naxçıvan Muxtar Respublikasının bütün ərazisində tətbiqinə başlanılıb. Vergi Məcəlləsində edilən dəyişiklklərdən biri məhz 1 yanvar 2020-ci il tarixdən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 1 il müddətinə əlavə dəyər vergisindən azad edilib.
Digər bir dəyişiklik sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılmasıdır. Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərə münasibətdə bu şəxslərin ödəyəcəyi aylıq sabit məbləğ 30 manatdan 20 manata, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslərə münasibətdə isə 30 manatdan 15 manata endirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829