SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muğam Mərkəzində “Çahargah” dəstgahı təqdim edilib -FOTO

Muğam Mərkəzində “Çahargah” dəstgahı təqdim edilib -FOTO
27-01-2020, 21:30

Beynəlxalq Muğam Mərkəzinin "Muğam axsamlari" layihəsinin çərçivəsində “Çahargah” muğamı təqdim edilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin layihəsi çərçivəsində keçirilən gecədə gənc xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Nisbət Sədrayeva “Çahargah” dəstgahını özünəməxsusluqla ifa etdilər.

Muğam Televiziya Müsabiqəsinin qaliblərinin çıxışları elə ilk dəqiqələrdən böyük alqış və maraqla qarşılandı. Beynəlxalq Muğam Mərkəzinin artıq illərdir formalaşan və muğamlarımıza böyük diqqətlə yanaşan tamaşaçıları qarşısında məsuliyyətlə çıxış edən xanəndələr dəstgahın çahargah, segah, müxalif, hicaz və digər şöbələrini böyük şövqlə tamaşaçılara çatdıra bildilər. Konsertin xoş aurasından ayrılmaq istəməyən tamaşaçılar xanəndələri ikinci dəfə səhnəyə dəvət etdilər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki , onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir. Artıq 3-cü mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi tanınmış, görkəmli xanəndələrimizin ifasında əsas muğamlarımız təqdim edilib.
Muğam Mərkəzində “Çahargah” dəstgahı təqdim edilib -FOTO
Muğam Mərkəzində “Çahargah” dəstgahı təqdim edilib -FOTO
Muğam Mərkəzində “Çahargah” dəstgahı təqdim edilib -FOTO

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829