SON DƏQQƏ

naxcivanxeberleri.com

Gürcüstanda azərbaycanlı gənclərin yeni platforması dövlət qeydiyyatına alınıb

Gürcüstanda azərbaycanlı gənclərin yeni platforması dövlət qeydiyyatına alınıb
27-01-2020, 20:39

Gürcüstanda azərbaycanlı gənclərin yaratdığı “Salam” adlı dəstək qrupu təşkilat kimi rəsmi qeydiyyata alınıb.

NAXCİVANXEBERLERİ.COM “Report”un yerli bürosunun məlumatına istinadən xəbər verir ki, bu barədə təşkilatın təsisçiləri məlumat yayıb.

Təşkilat Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyestr Milli Agentliyində “Salam Platforması” adı altında, qeyri-kommersiya hüquqi şəxs kimi qeydiyyatdan keçib.

“Salam” qrup olaraq ötən ilin oktyabrında Qardabanidən olan və erkən nikaha qarşı çıxdığına görə ictimai qınaqla üzləşən gənc müəllim Həmid Sadıxa dəstək məqsədilə yaradılıb.

“Salam” platformasında fəal azərbaycanlı gənclər təmsil olunurlar. Təşkilat bu vaxta qədər bir sıra tədbirlər, görüşlər və yürüşlər təşkil etməklə Gürcüstan ictimaiyyətinin diqqətini cəlb edə bilib.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930