SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi  və Vergilər Nazirliyinin birgə  təşkilatçılığı ilə    maarifləndirici tədbir keçirilib
30-01-2019, 19:16

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin və Vergilər Nazirliyinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin əsas məqsədi Vergilər Nazirliyində mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin mülki müdаfiə işinin təşkili şöbəsininmülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov Vergilər Nazirliyində mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər, dəm qazından zəhərlənmə və ondan qorunma yolları mövzularında iştirakçılara məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi dövlət qulluqçusu Azadə Cəfərova fövqəladə hallar zamanı ilkt ibbi yardım qaydaları, dəm qazı və ondan mühafizə tədbirləri barədə ətraflı məlumat verib
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin əhalinin maarifləndirilməsi və metodiki yardımın təşkili üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov məişətdə qaz təsərrüfatı və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçıların verdiyi suallar cavablandırılmış, mövzulara aid video-çarxlar, videolar təqdim edilmişdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031