SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan balının brendləşdirilməsi məsələləri müzakirə edilir

Azərbaycan balının brendləşdirilməsi məsələləri müzakirə edilir
25-01-2020, 13:10

"Bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransında Türkiyə və Rusiya arıçıları arasında təcrübə mübadiləsini həyata keçirilməsi üçün körpü rolunu oynamaq istəyirik".

Bunu NAXCİVANXEBERLERİ.COM Azərbaycan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərovun açıqlamasına istinadən bildirib.

E. Ələkbərovun sözlərinə görə, Türkiyə arıçılığı son illərdə inkişaf edib və arıçılıqda müasir avadanlıq istifadə edir, bu təcrübəni Rusiyaya və köhnə Sovet ölkələrinə ötürülməsində körpü rolunu oynamaq istəyirik.

"Bu gün Bakıda keçirilən Arıçılıq Konfransını təşkil etməkdə məqsəd Azərbaycan arıçılığını inkişaf etdirmək və dünyada mövcud olan təcrübəni, son yenilikləri ölkəyə gətirməkdir. Türkiyə və Rusiya arıçıları ilə təcrübə mübadiləsi aparmaqdır. Konfransda Türkiyənin, Rusiyanın, İranın, Gürcüstanın müxtəlif bölgələrindən arıçılar iştirak edirlər. Konfransda həmçinin Azərbaycan balın marketinqi məsələlərinə toxunulacaq. Müzakirələrdə Azərbaycan balının brendləşdirilməsi kimi məsələlərə diqqət çəkiləcək".

Qeyd edək ki, Azərbaycan Arıçılar Konfransı sabahadək işini davam edəcək.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31