SON DƏQQƏ

naxcivanxeberleri.com

Südün MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Südün MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ
24-01-2020, 23:56

Süd çox faydalı məhsuldur. Lakin təəssüf ki, bir çox böyüklərin orqanizmi südü mənimsəyə bilmir.

Belə insanlarda südün istehlakı köpə, qarında ağrılara və narahatçılığa səbəb olur. Sizdə də belə hallar olursa, süd içməyin, onun əvəzinə süd məhsullarını (qatıq, kəsmik, xama və s.) istehlak edin.

Lakin orqanizm tərəfindən süd asan mənimsənilirsə, mütləq bu faydalı müalicəvi məhsulu qidalanmanıza daxil edin. Südü digər qidalarla birlikdə qəbul etməyin, qida qəbulları arası için.

Südün faydalı xüsusiyyətləri bunlardır:

1. Süd sümüklər üçün çox faydalıdır, osteoporozun (sümük toxumasının azalması) inkişafının qarşısını alır.

2. Soyuqdəymə xəstəlikləri zamanı müalicəvi təsir edir, öskürəklə mübarizə aparır.

3. Ürək-damar sistemi xəstəliklərinin riskini azaldır, ürək əzələsi üçün faydalıdır.

4. Mədə-bağırsaq üçün olduqca faydalıdır, mədənin turşuluğunu azaldır. Qastrit və mədə xorası ağrıları zamanı çox yaxşı kömək edir.

5. Sinir sistemi üçün çox faydalıdır, sakitləşdirir, yuxusuzluğu aradan qaldırır.

6. Süd dərinin vəziyyətini və rəngini yaxşılaşdırır, ağardır, cavanlaşdırır və bu səbəbdən bir çox kosmertik maskaların tərkibində istifadə olunur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930