SON DƏQİQƏ

naxcivanxeberleri.com

Pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi sahəsində maarifləndirici tədbir keçirilib

Pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi sahəsində maarifləndirici tədbir keçirilib
24-01-2020, 17:43

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi pensiyaçıların rahat şəkildə pensiyalarını alması üçün müvafiq tədbirlər həyata keçirir, onların rahatlığının təmin olunması istiqamətində işləri davam etdirir. Bu sahədə pensiyaçıların maarifləndirilməsi məqsədilə şöbə tərəfindən Xələc kənd mərəzinin iclas zalında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kəndin inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Miryasin Seyidov tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Fondun Şərur rayon şöbəsinin müdiri Elnur Əhmədov çıxışında vurğulayıb ki, rayonda pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi üçün hər cür şərait yaradılıb. Nəticədə, ucqar dağ və sərhəd kəndlərində yaşayan pensiyaçıların rayon mərkəzinə və Naxçıvan şəhərinə getmədən rahat şəkildə pensiyalarını əldə edirlər.
Həmçinin bildirilib ki, kənd yerlərində yaşayan pensiyaçılar bundan sonra da istədikləri halda ərizə ilə müraciət edərək pensiyalarını kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər. Şöbə bundan sonra da pensiyaçıların rahat şəkildə pensiyalarını kəndlərdəki poçt bölmələri vasitəsilə alması üçün müvafiq tədbirlər həyata keçirəcək, bu sahədə pensiyaçıların maarifləndirilməsi istiqamətində işləri davam etdirəcəkdir.
Sonra “Naxçıvanpoçt” publik hüquqi şəxsin Şərur rayon filialının rəisi Rasim Məmmədov çıxışında vurğulayıb ki, muxtar respublikanın şəhər və kəndlərində quruculuq işləri aparılarkən poçt sahəsinin maddi-texniki bazası da möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir, xidmətin səviyyəsi yüksəldilir. Xələc kəndində də yeni sosial obyektlər istifadəyə verilib. Xələc kənd mərkəzində yerləşən poçt bölməsi də yeni kompüter və avadanlıqlarla təmin edilib. Bu da vətəndaşlara, xüsusilə də yaşlı əmək pensiyaçılarına göstərilən xidmətin keyfiyyətini artırıb. Poçt bölmələri vasitəsilə pensiya ödənişinin həyata keçirilməsi pensiyaçıların işini xeyli asanlaşdırıb və bunun nəticəsində pensiya ödənişində bəzi problemlər aradan qaldırılıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829