SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Yüksəliş” müsabiqəsinə hazırlaşanlar üçün proqram və ədəbiyyat siyahısı açıqlanıb

“Yüksəliş” müsabiqəsinə hazırlaşanlar üçün proqram və ədəbiyyat siyahısı açıqlanıb
24-01-2020, 13:11

Dövlət İmtahan Mərkəzi “Yüksəliş” müsabiqəsində ikinci- onlayn seçim mərhələsinə hazırlaşmaq üçün proqram və ədəbiyyat siyahısını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, mərkəzdən verilən məlumata görə, müsabiqədə qeydiyyat mərhələsini uğurla başa vuran iştirakçılar onlayn seçim mərhələsində iştirak etmək hüququ qazanırlar.

Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi xüsusiyyətləri əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyatı) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə, düşüncə sürəti) formatında keçiriləcək.

İmtahanlara hazırlaşmaq üçün müvafiq proqram və ədəbiyyat siyahısı ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qeydiyyat fevralın 2-si saat 18.00-dək davam edəcək. Müsabiqə haqqında ətraflı məlumatı yukselish.az saytından əldə etmək olar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829