SON DƏQİQƏ

naxcivanxeberleri.com

DİM dizayner olmaq istəyən abituriyentlərə müraciət edib

DİM dizayner olmaq istəyən abituriyentlərə müraciət edib
23-01-2020, 17:41

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən “Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciət edib.

Mərkəzdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 2019-cu il 25 noyabr tarixində keçirilən iclasda 2020/2021-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən “Dizayn (sahələr üzrə)” ixtisası üzrə qabiliyyət imtahanının məzmunu və proqramı DİM nümayəndələrinin iştirakı ilə bu ixtisas üzrə mütəxəssis hazırlığı aparılan təhsil müəssisələrinin ekspertləri tərəfindən müzakirə edilib.

Müzakirələrdən sonra qəbul edilmiş qərarlara əsasən, 2020/2021-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Texnologiya Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənni üzrə qabiliyyət imtahanı verəcəklər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Mühəndislik Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər isə Rəsm və Kompozisiya fənləri üzrə qabiliyyət imtahanı verəcəklər.

Rəsm fənni üzrə qabiliyyət imtahanında gipsdən olan antik baş çəkiləcəkdir və tapşırığın işlənməsinə 8 akademik saat vaxt verilir.

Kompozisiya fənni üzrə qabiliyyət imtahanında verilmiş mövzuya aid spektrin təqdim olunmuş rəng çevrəsinə uyğun həndəsi fiqurlardan ibarət kompozisiya çəkiləcəkdir və tapşırığın işlənməsinə 6 akademik saat vaxt verilir.

Qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829