SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada Vergi Məcəlləsinə edilmiş dəyişikliklər vətəndaşların rifah halını yaxşılaşdırır

Muxtar respublikada Vergi Məcəlləsinə  edilmiş dəyişikliklər vətəndaşların rifah halını yaxşılaşdırır
23-01-2020, 15:09

Muxtar respublikada Vergi Məcəlləsinə edilmiş dəyişikliklər vətəndaşların rifah halını yaxşılaşdırır.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Şəhər Vergilər İdarəsində sahibkarların iştirakı ilə “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Tibbi siğorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliklər” bağlı maarifləndirmə istiqamətində təşkil olunmuş görüşüdə Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi, vergi xidməti müşaviri Rəşad Əliyev açaraq bildirib ki, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılmasına vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edir
Çıxışlarda qeyd edilib ki, quş əti satışının əlavə dəyər vergisindən azadolma müddəti daha 4 il müddətinə uzadılıb, habelə heyvan ətinin satışı 4 il ərzində əlavə dəyər vergisindən azad edilib. Fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddətinin 3 təqvim ilinə endirilib, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetri istisnasız olaraq vergidən azad olunub.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanununa edilmiş yeniliklər haqqında sahibkarların nəzərinə çatdırıb ki, bu Qanunun tətbiq olunacağı şəxslərə münasibətdə sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarət, sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, sığorta haqqı üzrə yaranmış borcların alınması, sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş sığorta haqqının qaytarılması vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş qaydada həyata keçirilir. Qanuna əsasən, əmək haqqından icbari tibbi sığorta sığortalı tərəfindən hər ay üçün hesablanır, vergi orqanına bəyannamə təqdim edilir. İcbari tibbi sığortanın ödənilməsi əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, analoji tədbir bu gün Babək Rayonunda da keçirilib.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930