SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayon İcra Hakimiyyətində tədbir keçirilib-FOTO

Şərur rayon İcra Hakimiyyətində tədbir keçirilib-FOTO
23-01-2020, 12:30

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Şərur rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon İcra Hakimiyyətində rayonun kənd İcra Nümayəndələrinin, Bələdiyyələrin, Kommunal Müəssisələr Kombinatı, Qaz İstismar Xidməti və Elektrik Şəbəkəsinin müvafiq vəzifəli şəxslərinin iştirakı ilə “Şərur rayonunun kənd yaşayış məntəqələrində qış mövsümü dövründə qaz cihazlarından istifadə zamanı texniki və yanğın təhlükəsizlik qaydalarına əməl olunması, yaşayış sahələrində dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması ilə bağlı görüləcək qabaqlayıcı tədbirlər” mövzusunda keçiriləcək maarifləndirici tədbir keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin baş zabiti daxili xidmət mayoru Hasil Məmmədov çıxış edərək binaların qızdırılması üçün quraşdırılmış qazanxanalarda texniki və yanğın təhlükəsizliyinə riayət olunması, ocaqçıların peşə kurslarına cəlb olunması ilə bağlı görülmüş işlər, qaz cihazlarından düzgün istifadə edilməsi və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması haqqında iştirakçılara məlumat vermişdir.
Məruzə ətrafında çıxışlar olmuşdur. Şərur rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Şakir Qənbərov rayon Polis Şöbəsinin və Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə rayon ərazisində yaşayış məntəqələrində qaz və elektrik təsərrüfatından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması məqsədi ilə görülmüş tədbirlər, Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin bölmə rəisi daxili xidmət mayoru Şıxəli Əliyev kənd yaşayış məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı görülmüş tədbirlər, rayon Qaz İstismar Xidmətinin rəisi Ələddin Məmmədov kənd yaşayış məntəqələrində qaz təsərrüfatından istifadə ilə bağlı görülmüş qabaqlayıcı tədbirlər haqqında dinləyicilərə ətraflı məlumat vermişdir

Şərur rayon İcra Hakimiyyətində tədbir keçirilib-FOTO
Şərur rayon İcra Hakimiyyətində tədbir keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829